Terror qruplaşması Əl-Qaidǝyǝ ağır zǝrbǝ endirilib

Yəmən ordusu, terror təşkilatı Əl Qaidənin nǝzarǝtindǝki Mukalla şəhərini yenidǝn ǝlǝ keçirib.

477291
Terror  qruplaşması  Əl-Qaidǝyǝ ağır zǝrbǝ endirilib

Yəməndə, DEAŞ, Əl-Qaidə kimi terror qruplaşmalara qarşı əməliyyatlar davam edir.

Əldǝ edilǝn mǝlumata görǝ sutka ǝrzindǝ hǝyata keçirilǝn ǝmǝliyyatlarda Əl Qaidə terror tǝşkilatının nǝzarǝtindǝ olan Mukalla şəhəri hǝdǝf götürülüb.

Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvǝlǝrinin dǝstǝk verdiyi Yəmən ordusu şəhərǝ nǝzarǝti ǝlǝ keçirib.

Qeyd edǝk ki, Yǝmǝndǝ, bir ildǝn bǝri davam edǝn vətəndaş müharibəsi, milyon yarım insanın işsiz qalmasına sǝbǝb olub.

 



Әlaqәli Xәbәrlәr