ABŞ İranla nüvə müzakirələrinin detallarını dəyərləndirir

ABŞ dövlət katibi Con Kerri, İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə bil araya gǝlib.

474308
ABŞ İranla nüvə müzakirələrinin detallarını dəyərləndirir

Vaşinqtonla Tehran İranla əldə olunan nüvə razılaşmasının həyata keçirilməsi ilə bağlı detalları qiymətləndirir.

Bu çərçivədə Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Con Kerri İranın Xarici İşlər naziri Cavad Zəriflə Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının ofisində bir araya gəliblər.

Kerri görüşdən sonra jurnalistlərə verdiyi müsahibədə bildirib ki, “Nüvə müqaviləsinin tam mənası ilə həyata keçirilməsi və bütün tərəflərin bu anlaşmadan gözlədiyi şəkildə faydalanması üçün razılığa gəldik".

BMT-də iqlim dəyişikliyi razılaşmasının imzalanacağı cümə günü təkrar görüşəcəklərini deyən Kerri məsələnin o yığıncaqda bir daha müzakirə olunacağını dilə gətirib.

İranın Xarici İşlər naziri Cavad Zərif də acıqlamasında bildirib ki, “İran xalqının bu razılaşmadan çox fayda əldə etməsi üçün danışıb razılığa gələcəyik".



Әlaqәli Xәbәrlәr