İraq Kürd Regional Rəhbərliyi Mosulda əməliyyatlara qarşı çıxdı

İraq Kürd Regional Rəhbərliyinın sözçüsü Sefin Dizayi Mosulun azad edilməsi əməliyyatına qatılmaq istəyən terror təşkilatı PKK-nın tələbini geri çevirib.

464619
İraq Kürd Regional Rəhbərliyi Mosulda əməliyyatlara qarşı çıxdı

İraq Kürd Regional Rəhbərliyinın sözçüsü Sefin Dizayi Mosulun azad edilməsi əməliyyatına qatılmaq istəyən terror təşkilatı PKK-nın tələbinə qarşı çıxıb.

Sefin Dizayi şəhərin geri alınmasının İraq ordusu, peşmərgə və beynəlxalq koalisiya qüvvələrinin vəzifəsi olduğunu bildirib.

Sefin Dizayi Ərbil şəhərində Birləşmiş Millətlər Təşkilatının 1991-ci ildə kürd bölgəsini tə​hlükə​siz bölgə elan etməsinin 25-ci ildönümü münasibətilə təşkil edilən mərasimə qatılıb. Mərasimdən sonra jurnalistlərin suallarını cavablandıran sözcü terör təşkilatı PKK-nın Mosulu azad etmə əməliyyatına qatılmasına qarşı çıxaraq bildirib ki, İraqın əhəmiyyətli və böyük şəhəri olan Mosula PKK-nın müdaxilə etməsini istəmirik. Dizayi İraqın Baş naziri Heydər əl-Əbadinin qurduğu teknokrat hökumətinə də qarşı olduqlarını və münasibətlərində dəyişiklik olmadığını bildirib.



Әlaqәli Xәbәrlәr