Azərbaycan Prezidentindən açıqlama

“Ermənilərin hücumlarına lazımlı cavab verildi və düşmənə ağır zərbə vuruldu.” Azərbaycanın dövlət başçısı İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında belə deyib.

463939
Azərbaycan Prezidentindən açıqlama

Dövlət başçısı deyib ki, biz səbr, dözümlülük, konstruktivlik göstəririk: “Baxmayaraq ki, 20 ildən artıqdır ki, atəşkəs rejimində yaşayırıq, yenə də məsələnin sülh yolu ilə həllini tapmasına çalışırıq. İstəmirik ki, qan tökülsün, anaların göz yaşı axsın. Azərbaycan, erməni analarının göz yaşlarının tökülməsini istəmirik. Ancaq biz öz haqqımızı tələb edirik. Bir daha deyirəm ki, məsələni sülh yolu ilə həll etmək istəyirik, ancaq biz bundan sonra da sonu bəlli olmayan prosesdə sadəcə, görüntü naminə iştirak etmək fikrində deyilik. Bunu vasitəçilərə də demişik, Ermənistan tərəfi də bunu bilir. Ona görə də məsələnin sülh yolu ilə həlli üçün Ermənistan işğal edilmiş torpaqlardan çıxmalıdır, bunun başqa yolu yoxdur. Əgər Ermənistan rəhbərliyi öz xalqının gələcəyini düşünürsə, bu addımı atmalıdır".

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan münaqişənin həlli ilə bağlı öz prinspial mövqeyindən dönməyəcək. “Bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə həllini tapsın. Ordumuzun gücünü də daha da artıracağıq. Ona görə artıracağıq ki, Ermənistanın təxribatları cavabsız qalmasın."



Әlaqәli Xәbәrlәr