İranın Təcili Yardım vertolyotu qəzaya uğradı

10 adam həyatını itirib

458528
İranın Təcili Yardım vertolyotu qəzaya uğradı

İranın Şiraz şəhəri yaxınlığında təcili yardım vertolyotunun qəzaya uğraması nəticəsində 10 adam həyatını itirib. Bunlardan 7-si vertolyot və təcili yardım heyəti olub.

Honk rayonundan Şiraza 3 yaralı aparan Fars Əyaləti Təcili Yardım Müdirliyi vertolyotunun qəza səbəbi araşdırılır.

İran rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə isə, “Qəzaya bölgədə baş verən fırtına və şiddətli yağışın təsir etdiyi güman olunur".



Әlaqәli Xәbәrlәr