Atǝşkǝs rejimi qüvvǝdǝdir

Suriyada Bütün ölkədǝ atǝşkǝs rejiminin qüvvəyə minmǝsi ilǝ 5 ildir davam edən vətəndaş müharibəsinə ilk dəfə ara verilib.

440732
Atǝşkǝs  rejimi qüvvǝdǝdir

Ancaq, ABŞ-nın liderliyindəki beynəlxalq koalisiya üvvələri DEAŞ hədəflərinǝ bomba yağdırmaqda davam edirlǝr. Koalisiyaya mǝxsus qırıcılar Suriyada 8 fǝrqli hǝdǝfǝ aviazǝrbǝ endiriblǝr. Hücumlarda Tel Abyad, El havle, Rakka və Haseki ətrafında yerlǝşǝn DEAŞ-ın hǝdǝflǝri dağıdılıb.

ABŞ prezidenti Barak Obamanın, DEAŞ-a qarşı mübarizə mǝqsǝdiylǝ yaradılan beynəlxalq koalisiya üzrǝ xüsusi nümayəndəsi Brett McGurk, “Koalisiya hava qüvvələri, DEAŞ-ın Tel Abyad yaxınlığındakı hücumlarına lazımlı cavabı veriblǝr" deyǝ vurğulayıb.

Qeyd edǝk ki, Suriyada fevralın 27-si qüvvəyə minǝn atǝşkǝs razılaşması, DEAŞ, Nusra Cəbhəsi və Birləşmiş Millətlər tərəfindən terror təşkilatı olaraq qəbul edilən qruplaşmaları əhatə etmir.



Әlaqәli Xәbәrlәr