"İraq Hava Yolları" şirkǝti qara siyahıda

Avropa İttifaqı “İraq Hava Yolları” şirkǝtini qara siyahıya salıb.

406710
"İraq Hava Yolları" şirkǝti qara siyahıda

Avropa İttifaqı “İraq Hava Yolları” şirkǝtini qara siyahıya salıb.
Avropa İttifaqının rǝsmi internet sǝhifǝsindǝ yayımlanan açıqlamada bildirilib ki, Aİ daxilindǝ tǝtbiq edilǝn uçuşla bağlı tǝhlükǝsizlik şǝrtlǝri tǝmin edilmǝdiyindǝn “İraq Hava Yolları” şirkǝti İttifaq daxilindǝ uçuşu qadağan edilǝn ölkǝlǝr siyahısına salınıb.
İraqın sabiq Nǝqliyyat nazirinin müavini Bankin Rikani qǝrarın ölkǝnin iqtisadiyyatına ciddi mǝnada ziyan vuracağını bildirib.
“İraq Hava Yolları” şirkǝtini Avropa İttifaqından sonra başqa ölkǝlǝrin dǝ qara siyahıya salacağı gözlǝnilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr