Əhməd Davudoğlu: "Sərhəd təhlükəsizliyi ilə bağlı güzəştə getməy

Əhməd Davudoğlu, Azərbaycanın paytaxtı Bakıda iş adamları ilə görüşüb.

399645
Əhməd Davudoğlu: "Sərhəd təhlükəsizliyi ilə bağlı güzəştə getməy

Baş nazir Əhməd Davudoğlu Pekindən başlayıb Brüselə qədər uzanan dəhlizdə həm enerji, həm də nəqliyyat xəttlərinin, Türkiyə ilə Azərbaycanın onurğasını təşkil etdiyi bir istiqamətdə inkişaf etməsini arzu etdiklərini bildirib.
Əhməd Davudoğlu, Azərbaycanın paytaxtı Bakıda iş adamları ilə görüşüb.
Davudoğlu çıxışında Azərbaycandakı şirkətlərlə bərabər birgə layihələr üzərində çalışan iş adamlarının problemlərini dinləyəcəklərini bildirərək, onlardan Türkiyə-Azərbaycan arasındakı tarixi və mənəvi qardaşlığı konkret layihələrlə dəstəkləmələrini və Azərbaycan ilə Türkiyəni əbədi bir-birinə bağlayacaq iqtisadi layihələr və yatırımlara üstünlük vermələrini istəyib.
Davudoğlu, Rusiya ilə yaşanan gərginlikdə, Azərbaycan ilə qurduqları yaxın dialoqun böyük əhəmiyyət daşıdığını söyləyib.
Baş nazir, Çavuşoğlu ilə Lavrovun görüşünü vurğulayaraq, “Bu məsələdə ən vacib olan problemlər nə qədər ciddi olursa olsun, üz-üzə görüşmək və iradə göstərməkdir.”
Türkiyə-Rusiya əlaqələrinin Balkanlar, Qafqazlar, Orta Asiya və Avrasiya-Avropa bağlantıları etibari ilə böyük əhəmiyyət daşıdığını vurğulayan Davudoğlu,
“Biz xarici siyasətimizin prinsiplərini dəqiq müəyyənləşdirmiş bir iqtidarıq. Sərhəd təhlükəsizliyimizi, hava sahəmizi qorumaqla bağlı iradəmizdən heç bir şəkildə güzəştə getməyəcəyimizi bir daha söyləmək istəyirəm” deyib.
Davudoğlu, “Rusiya ilə ünsiyyət qurmaqda davam edəcəyik. Qafqazda və Balkanda, Qara dəniz və Orta Asiyada sülh və sabitliyin bərqərar olmasına Rusiyanın da təsir edəcəyinə inanaraq, Rusiya ilə ünsiyyətimizi davam etdirəcəyik. Lakin bu da məlum olmalıdır ki, Türkiyəyə qarşı hansı ölkə iqtisadi sanksiya tətbiq edirsə etsin, o sanksiyaları tətbiq edənlərə, o ölkədən daha çox təsir edər. Onun üçün indi soyuqqanlı olmaq vaxtıdır” deyə bildirib.
Davudoğlu, iş dünyasına Rusiya-Türkiyə əlaqələrində yaranan gərginliyin təsir etməməsi üçün hər cür tədbir görəcəklərini vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr