Davudoğlu Bakıda rǝsmi mǝrasimlǝ qarşılanıb

Azərbaycanda rəsmi səfərdə olan Baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub.

398854
Davudoğlu Bakıda rǝsmi mǝrasimlǝ qarşılanıb

Azərbaycanda rəsmi səfərdə olan Baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda baş nazir Əhməd Davudoğlunun şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Azərbaycan Prezidenti İlham Əliyev baş nazir Əhməd Davudoğlunu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi baş nazirə raport verib.
Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib.
Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Davudoğlu Azərbaycan əsgərlərini salamlayıb.
Azərbaycanın dövlət və hökumət nümayəndələri baş nazir Əhməd Davudoğluna, Türkiyənin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidentinin və Baş nazir Davudoğlunun qarşısından keçib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr