Hələb şəhərinə hücum edilib

Rusiya hava qüvvələri Suriyada əməliyyatları davam etdirir.

396574
Hələb şəhərinə hücum edilib

Rusiya hava qüvvələri Suriyada əməliyyatları davam etdirir.
Rusiya döyüş təyyarələri səhər saatlarında Suriyanın Hələb şəhərinin Əziz rayonundakı əraziləri bombalayıb.
Türkiyə sərhədinə yaxın əksəriyyəti türkmənlərin yaşadığı Yazıbağları kəndi yaxınlığındakı partlayış səsləri, Kilisdə də eşidilib.
Bölgədə qalxan duman, Kilis şəhər mərkəzindən də görünür.
Rusiya döyüş təyyarələri həftəsonu Əziz rayonuna humanitar yardım aparan yük maşınlarına qarşı 2 hücum təşkil edib. Nəticədə 13 nəfər həyatını itirib və xeyli sayda insan yaralanıb.
Digər tərəfdən ABŞ, Rusiyanın Suriyada müxalifət ünsürlərinə qarşı etdiyi hücumların sayını açıqlayıb.
Ağ evin milli təhlükəsizlik şurası müşavirinin müavini Bin Rodes jurnalistlərə verdiyi açıqlamada, Rusiyanın Suriyaya qarşı təşkil etdiyi hava hücumlarında DEAŞ-ın hədəf alındığını söyləyib.
Əməliyyatların Suriyada müxalifətin digər ünsürlərini hədəf almağa davam etdiyini vurğulayan Rodes, bununla vəziyyətin daha da ağırlaşdığını vurğulayıb.
Rodes, Suriyada müxalifəti siyasi həll yolunun bir parçası olaraq gördüklərini və müxalif ünsürlərin ABŞ, Rusiya və digər ölkə xalqları üçün təhlükə yaratmadığını ifadə edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr