DEAŞ-ın qǝrargahı sayılan Rakka ağır bombardman altındadır

Suriyada DEAŞ-ın hǝdǝflǝrinǝ qarşı Rusiyanın hǝrbi ǝmǝliyyatı davam edǝrkǝn, ABŞ da indiyǝ qǝdǝr olan ǝn genişmiqyaslı hava hücumu hǝyata keçirib.

397133
DEAŞ-ın qǝrargahı sayılan Rakka ağır bombardman altındadır

Suriyada DEAŞ-ın hǝdǝflǝrinǝ qarşı Rusiyanın hǝrbi ǝmǝliyyatı davam edǝrkǝn, ABŞ da indiyǝ qǝdǝr olan ǝn genişmiqyaslı hava hücumu hǝyata keçirib.
DEAŞ-ın qǝrargahı sayılan Rakka ağır bombardman altındadır.
Pentaqon Suriyadakı DEAŞ hǝdǝflǝrinǝ bir gündǝ 26 havazǝrbǝsi endirdiklǝrini, bunun indiyǝdǝk olan ǝn gǝnişmiqsaylı ǝmǝliyyat olduğunu açıqlayıb.
Әmǝliyyat zamanı xüsusilǝ Deyr-uz Zor bölgǝsindǝki Ömǝr neft sahǝsi vǝ neft zavodları hǝdǝf götürülüb, mǝqsǝd terror tǝşkilatının maliyyǝ qaynaqlarını aradan qaldırmaqdır. DEAŞ neft emal zavodlarından hǝr ay 1 milyard 700 ilǝ 5 milyard dollar arasında gǝlir ǝldǝ edir.
Rusiya da son 24 saat ǝrzindǝ Suriyada 53 hava hücumu hǝyata keçirdiyini, 72 hǝdǝfi vurduğunu açıqlayıb.
Rusiya Xarici İşlǝr Nazirliyi DEAŞ-ın hǝlǝ dǝ xarici ölkǝlǝrdǝn dǝstǝk aldığını irǝli sürǝrǝk, “Bu dǝstǝk olmasaydı, bombardmanlarla indiyǝdǝk DEAŞ-ı mǝhv etmişdik” deyǝ bildirib.
Digǝr tǝrǝfdǝn ABŞ İraqın şimalında DEAŞ-ın ǝlindǝki 69 girovu xilas edib.
İraq Kürd Regional İdarǝnin istǝyilǝ hǝyata keçirilǝn ǝmǝliyyatda xilas edilǝnlǝrin hamısı ǝrǝbdir.
Әmǝliyyat zamanı amerikalı hǝrbçilǝrdǝn dǝ iki ǝsgǝr hǝyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr