Rusiya Suriya müxalifətini vurduğunu etiraf etdi

Rusiya Müdafiə Nazirliyi Suriyada Liva Əl-Haqq qrupunun mərkəzinə etdiyi hava əməliyyatlarında 200 adamın öldürüldüyünü məlumat verib.

352044
Rusiya Suriya müxalifətini vurduğunu etiraf etdi

  Məlumatda hədəfə alınan nöqtələr üçün Su-34, Su-24M və Su-25 tipli döyüş təyyarələrinin son 24 saatda 67 uçuş reallaşdırdığı bildirilib. Əməliyyatlarda Rakka, Hələb, İdlib, Hama və Lazkiyedəki çox sayda yerlər vurulub. Rakkada Liva Əl-Haqq qrupuna aid əmr mərkəzinə hava əməliyyatında KAB-500 C mərmisindən istifadə olunub, hücumda 2 sahə komandirinin da olduğu təxminən 200 adam ölüb.

  Xatırladaq ki, Liva Əl-Haqq qrupu Əsəd əleyhinə Fəth Ordusunun damı altında olan müxalifət qruplardan biridir.

  Rusiya Müdafiə Nazirliyi Hələb yaxınlığında qərargah kimi istifadə edilən köhnə həbsxana binasına edilən hücumda isə 100 adamın öldüyünü məlumat verib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr