Rusiya DEAŞ-ı vurdu

Rusiya DEAŞ terror təşkilatının Suriyadakı mövqelərinə zərbə endirib.

348336
Rusiya DEAŞ-ı vurdu

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə DEAŞ-a qarşı 20 hücum təşkil olunub. Lakin dünya, Rusiyanın DEAŞ-ı vurmaq üçün Suriyadakı döyüşə daxil olduğuna inanmır. ABŞ və Suriyalı müxaliflər başda olmaqla, hücumların DEAŞ-a deyil Azad Suriya Ordusuna istiqamətli olduğu barədə şərhlər verilir.

Rusiya Dövlət Başçısı Vladimir Putin, hədəfdə DEAŞ-ın olduğunu vurğulayaraq Suriyaya quru əməliyyatı üçün qüvvə göndərməyəcəklərini bildirib. “Suriya ordusu və Əsədə, terrororçulara qarşı döyüşdə dəstək verəcəyik” deyə bildirib.
Rusiya Müdafiə Nazirliyi səlahiyyətliləri qeyd edib ki, əməliyyat Əsədin tələbiylə başladıldılıb, qruplaşmanın hərbi təchizatı, silah və yanacaq anbarları vurulub. Lakin məsələ ilə bağlı fərqli fikirlər səslənir, hədəfin DEAŞ deyil, Suriyalı müxaliflər olduğu iddiaları irəli sürülür. Suriyalı müxaliflər isə Rusiyanın DEAŞ-ı deyil, Azad Suriya Ordusunu vurduğunu iddia edir. Suriya Milli Koalisiyası rəhbəri Xalid Müallim, “Rusiya DEAŞ-la döyüşmək deyil, Bəşər Əsədin ömrünü uzatmaq istəyir” vurğulayaraq hava hücumlarında aralarında uşaqların da olduğu 36 vətəndaşın öldüyünü bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr