"İsrailǝ qarşı mübarizǝmiz davam edǝcǝk"

Ayətullah Xameneyi Vaşinqton rəhbərliyi ilə müzakirə aparmayacaqlarını bildirib.

377079
"İsrailǝ qarşı mübarizǝmiz davam edǝcǝk"

İranın dini lideri Ayətullah Əli Xameneyi nüvə razılaşmasından başqa heç bir sahədə Vaşinqton rəhbərliyi ilə müzakirə aparmayacaqlarını bildirib. 

Xameneyi, nüvə müzakirələri çərçivəsində ABŞ ilə eyni masa ətrafında oturmanın xüsusi bir vəziyyət olduğunu vurğulayıb.
Vaşinqton rəhbərliyinin bir çox sahədə öz siyasətlərini qəbul etdirmək üçün İranla əlaqə yaradmaq istədiyini iddia edən Xameneyi, buna icazə verməyəcəklərini vurğulayıb.
Müzakirələri bir təhdid olaraq xarakterizə edən lider, “illər əvvəl ölkədən qovduq indi kimsənin pəncərədən yenidən içəri girməsinə icazə verməyəcəyik” deyə bildirib. Xameneyi İsraili də hədəf alaraq bu ölkəni böyük bir təhdid olaraq xarakterizə edib və sonuna qədər döyüşməyə davam edəcəklərini qeyd edib. Xameneyi, çıxışında “25 il sonra İsrail deyə bir dövlət olmayacaq” ifadəsinə də yer verib. ABŞ-a qapıların bağlı olduğu mesajini verən Tehran, Qərb ölkələrdən gələn heyətləri ardıcıllıqla qəbul edir.
Avstriya prezidenti Heinz Ficher də dini lider Xameneyi və prezident Həsən Ruhani ilə bir araya gəlib. Suriyada baş verənlərdən iqtisadi əlaqəlrə qədər bir çox mövzunu müzakirə edən İran və Avstriya liderləri 4 sahədə əməkdaşlıq razılaşmasına imza atıb.
Siyasi ekspertlər, Avropa ölkələri ilə əlaqələrini inkişaf etdirən və əməkdaşlıq razılaşmalarına imza atan Tehranın sanksiya təzyiqinin yüngülləşdiyini bildirirlər.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr