"Yunanıstan və xalqının geriyə getməsinə icazə verməyəcəyik"

Yunanıstanın əvvəlki Baş naziri və Radikal Sol Koalisiya Partiyasının (SYRİZA) lideri Aleksis Tsipras 20 sentyabrda ediləcək erkən Parlament seçkiləri çərçivəsində paytaxt Afinanın Egaleo səmtində yunan seçicilərə səslənib.

374599
"Yunanıstan və xalqının geriyə getməsinə icazə verməyəcəyik"

  Yunanıstan və xalqının geriyə getməsinə icazə verməyəcəyini deyən Tsipras hökumətinin qısa müddət içində iqtisadiyyat sahəsində çox əhəmiyyətli uğurlara imza atdığını söyləyib.

  Kreditorlarla çox çətin bir mücadilə verdiklərini dilə gətirən Tsipras: "Biz geri addım atmadıq, yunan xalqının çox acı çəkməməsi üçün sonuna qədər mübarizə apardıq" deyib.

  SYRİZA-dan ayrılan və Xalq Birliyini quranlara səslənən Tsipras köhnə hökumətlər tərəfindən edilən səhvlərin təkrar edilməyəcəyinə söz verib.

  SYRİZA partiyası anket sorğularına görə 26 faiz səslə birinci yerdədir. Ondan sonra 25 faiz səslə Yeni Demokratiya Partiyası (ND) gəlir.

  SYRIZA-dan çıxanların qurduğu "Dünyəvi Enotita" (Xalq Birliyi) partiyası da seçki limitini keçəcəyinə inamlıdır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr