Bağdadda 18 Türk oğurlanıb

Oğurlanan şəxslər idman kompleksi inşa edən Türk şirkətinin işçiləridir

342034
Bağdadda 18 Türk oğurlanıb

İraqın paytaxtı Bağdadda tikintidə işləyən 18 Türk qaçırılıb. Onlardan 14-ü fəhlə, 3-ü mühəndis, 1-i isə mühasibdir. Oğurlanan şəxslərin Bağdadın şimalında idman kompleksi inşa edən Türk şirkətinin işçiləri olduğu bildirilir. Hərbi formada olan bir neçə şəxsin tikinti sahəsinə hücum edərək təhlükəsizlik işçilərini təsirsiz hala gətirdikləri ifadə edilir. Xarici işlər nazirliyinin sözçüsü Tanju Bilgiç, “Hadisədən xəbərimiz olan kimi Bağdad səfirimiz iraqlı səlahiyyətlilərlə əlaqə saxladı. Hal hazırda hadisənin səbəbləri barədə danışmaq çətindi. Türk şirkəti ilə də əlaqə saxlayırıq” deyə bildirib. Bu arada iraqlı səlahiyyətlilər hadisə zamanı bir İraq vətəndaşının da oğurlandığını açıqlayıb. Cinayətkarların tutulması üçün İraq Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik qüvvələrindən ibarət xüsusi qrup yaradılıb.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr