Yunanıstan Baş naziri Aleksis Tsipras istefa etdi

Televiziyadan xalqa xitab edən Tsipras deyib: "Daha güclü bir hökumət qurmaq üçün istefamı təqdim etmək üçün prezidentin yanına gedirəm. Sizdən də daha güclü bir hökumət qurmaq üçün dəstək gözləyirəm".

336300
Yunanıstan Baş naziri Aleksis Tsipras istefa etdi

  Yunanıstan Baş naziri Aleksis Tsipras istefa etdiyini və erkən seçkilərin 20 sentyabrda olacağını bildirib.

  Tsiprasın qərarına son qurtarma paketinə qarşı Siriza (Syriza) partiyasından təxminən 40 millət vəkilinin əleyhinə səsverməsi səbəb olub.

  Xatırladaq ki, 300 üzvlü Yunan Parlamentində hökumətin qurtarma paketinə dəstək verən vəkillərin sayı 118 idi.

  Bazar ertsəi müvəqqəti hökumətin başına Yunanıstan Ali Məhkəməsinin sədri Vasiliki Thanunun  gətiriləcəyi bildirilir.

  Qeyd edək ki, Vasiliki Tanu Yunanıstanın ilk qadın Baş naziri olacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr