Suriyada qarşıdurmalar davam edir

Türkiyə sərhədinə yaxın bölgədə PYD-nin nəzarət məntəqəsinə hücum təşkil edib

334396
Suriyada qarşıdurmalar davam edir

Suriyada, DEAŞ ilə PKK-nın Suriya qolu PYD arasında qarşıdurmalar davam edir. Terror təşkilatı DEAŞ, Türkiyə sərhədinə yaxın Kamışlı bölgəsində PYD-nin nəzarət məntəqəsinə hücum təşkil edib. Bomba yüklü avtomobillə təşkil edilən hücum nəticəsində ən az 10 terrorist həlak olub, 14 nəfər yaralanıb. Partlayış zamanı 2 küçə yerlǝ yeksan olub. Çox sayda bina isǝ ziyan görüb. Beynəlxalq koalisiya qüvvələri İraq və Suriyada DEAŞ-a istiqamətli 20 yeni hava əməliyyatı təşkil edib. DEAŞ üzvüləri nəzarətə aldıqları Palmira şəhərində, 84 yaşlı arxeoloqu başını kəsərək vəhşicəsinə öldürüb.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr