Misirdə terrorla yeni mübarizə qanunu müzakirələrə yol açıb

Qanunun söz azadlığına məhdudiyyətlər qoyacağı və müxalifət nümayəndələrini hədəfə alacağı düşünülür.

332881
Misirdə terrorla yeni mübarizə qanunu müzakirələrə yol açıb

  Qahirə İnsan Hüquqları Tədqiqatları İnstitutunun rəhbəri yeni qanunun bəzi müxalifət qruplarına təsir edəcəyini deyib.

  Media azadlığına da məhdudiyyətlər qoyan qanuna jurnalistlər reaksiya göstəriblər.

  Lazım olduğu vaxt xüsusi məhkəmələrin təşkilini təklif edən qanun zorakılıqdan istifadə edən əsgər və polisin bu vəziyyətdə qanuni nəticələrdən qorunmasına şərait yaradır.

  Qanuna görə, terrorçuluğun cəzası 5 ildən ömürlük həbs cəzası arasında dəyişir.

  Terror təşkilatı qurmaq və ya terror təşkilatına rəhbərlik etməkdə ittiham olunan şəxs ölüm cəzasına məhkum ediləcək.

  Hücumlar və təhlükəsizlik əməliyyatları ilə bağlı rəsmi məlumatların ziddinə verilən xəbərlərə görə də pul cəriməsi təyin olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr