İrana TAP üçün hələ ki təklif yoxdur

Trans Adriatik Qaz Boru Kəməri layihəsinin rəhbəri Yan Bradşav İranın layihəyə qatılması üçün aralarında hansısa əlaqənin olmadığını və TAP tərəfindən İrana bu mövzuda təklif edilmədiyini bildirib.

332670
İrana TAP üçün hələ ki təklif yoxdur

  Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan layihənin Avropa bazarı üçün strateji əhəmiyyət daşıdığını qeyd edən Bradşav deyib: “TAP Azərbaycandan gələn təbii qazı Yunanıstan və Albaniyadan keçərək İtaliyaya daşımaq öhdəliyini götürüb. İran ilə heç bir ünsiyyətimiz olmayıb, Bizim tərəfimizdən İrana layihəyə qoşulmaqla bağlı heç bir təklif edilməyib”.
Cənub Qaz Dəhlizi inkişaf etdirilən ən ardıcıl təbii qaz zənciri olaraq qiymətləndirilir.

  Şahdəniz ərazisindən Avropaya daşınacaq təbii qaz ümumilikdə 3500 km. məsafəni qət edəcək. Cənubi Qafqaz Boru Kəmərinin Trans Anadolu Təbii Qaz Boru Kəməri və Trans Adriatik Qaz Boru Kəməri layihələri Dəhlizin içərisində yer alır.

  TAP hissələrinin 20 %-i BP, 20 %-i SOCAR, 20 %-i Statoil, 20 %-i Fluxys, 16 %-i Enagas, 5%-i Axqoya məxsusdur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr