Əsəd rejimi gedərək mövqeyini itirir

Əsəd   torpaq itkisinin əsgər sayının yarı- yarıya düşmǝsınǝ gǝtirib çıxardır

302997
 Əsəd rejimi gedərək mövqeyini itirir

 

Suriyada gedərək mövqeyini itirən Əsəd rejimi torpaq itkisinin  əsgər sayının yarı- yarıya düşmǝsınǝ gǝtirib çıxardır.

Dövlət Başçısı Bəşər Əsəd ordunun əsgər tapmaqda çətinlik çəkdiyini ,bu səbəblə ölkənin bəzi seqmentlərindən çəkilmək məcburiyyətində qaldıqlarını dilə gətirdi.

Suriya ordusunun vətəndaş müharibəsinin başladığı 2011-ci ilin mart ayında 300 min olan əsgər sayı yarıya endi.

Buna səbəb olaraq ölümlər, fərarilik və xalqın uşaqlarını əsgərə yollamaması göstərilir.

Əsəd rejimi isə problemi aşmaq üçün keçdiyimiz günlərdə əfv elan etdi.

London mərkəzli əl-Həyat qəzetinə müsahibǝ verǝn təşkilat lideri Saleh Müslim, şərtlərin qəbul edilməsi vəziyyətində Suriya ordusuna qatılacaqlarının xǝbǝrini şǝrh etdi.

Əsəd rejimi 2012-ci ilin yazından bu yana PYD-lǝ qarşıdurmaya girmir.

Hətta Suriya ordusu və YPG qüvvǝlǝri müəyyən cəbhələrdə müxalif qruplara qarşı eyni vaxtda hücumlar təşkil edir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr