"Bu müqaviləni rədd etsək, itirərik", C.Keri

ABŞ Dövlət katibi Con Keri (John Kerry) İranla əldə olunan müqavilə ilə bağlı deyib: “Nüvə razılaşması Konqres tərəfindən rədd edilərsə, Tehran rəhbərliyi nüvə proqramına sürət vermək üçün yaşıl işığını yandıracaq.”

384590
"Bu müqaviləni rədd etsək, itirərik", C.Keri

  Keri Senatın Xarici İşlər Komissiyasında etdiyi çıxışında müqaviləni müdafiə etdiyini bildirib və təsdiqlənməsi üçün dəstək istəyib.

  Sazişin alternativi olmadığına diqqət çəkən Keri "Bu müqaviləni rədd etsək, itirərik" deyib.

  "Daha yaxşı müqavilə hazırlana bilər" tənqidlərini reallıqdan uzaq hesab edən ABŞ Dövlət katibi bu barədə belə deyib: "Nəticədə Tehranın atom bombası istehsal həcminə sahib olmasına maneə törədilib. Müqavilə Senatda təsdiq olunmazsa, Birləşmiş Ştatlar bu məsələdən təcrid olunacaq.”

  Digər tərəfdən, nüvə razılaşmasından sonra Qərbdən Tehrana rəsmi səfərlər reallaşır.

  İsrailin əks reaksilarına baxmayaraq, Almaniyanın İqtisadiyyat naziri Siqmar Qabriel (Sigmar Gabriel) bazar günü Tehrana getməyə hazırlaşır, Almaniya ilə İran arasında bank və maliyyə sahəsində əməkdaşlıq edilməsi planlaşdırılır.

  Avstriya prezidenti Haynz Fişerin (Heinz Fischer) isə sentyabr ayında İrana gedəcəyi bildirilib. Qeyd edək Fişer, 2004-cü ildən bəri Tehrana səfər edəcək ilk Avropa İttifaqı lideri olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr