BMT-nin İran üçün tarixi qərarı qüvvəyə mindi

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası İranla nüvə müzakirələri nəticəsində əldə olunan razılaşmanı təsdiqləyib.

383130
BMT-nin İran üçün tarixi qərarı qüvvəyə mindi

  Edilən yığıncaqda İranla P 5 + 1 ölkələri arasında imzalanan müqavilə ratifikasiya olunub və İrana istiqamətli BMT sanksiyalarının qaldırılmasını tənzimləyən qərar layihəsi yekdilliklə qəbul edilib: Amerika Birləşmiş Ştatları, İngiltərə, Fransa, Rusiya, Çin və Almaniyanın da içində olduğu 15 rəsmi nümayəndə lehinə səs verib.

  Beləliklə, İran nüvə fəaliyyətlərini məhdudlaşdıraraq beynəlxalq yoxlamaya qapı açacaq, qarşılığında İrana tətbiq olunan sanksiyalar pilləli olaraq qaldırılacaq.

  Razılaşma 90 gün içində qüvvəyə minəcək.

  Sanksiyaların qalxmasıyla İranın ticarət fəaliyyətlərinin canlanması və bunun İran iqtisadiyyatına illik səmərəsinin 110 milyard dollar olması, yəni İranın bu yeni dövrdə ildə 7-8 faiz böyüməsi nəzərdə tutulur.

  İran neft bazarlarına da sürətlə daxil olacaq.

  Amma əgər İran qaydaları pozarsa, Birləşmiş Millətlər Təşkilatının sanksiyaları avtomatik olaraq geri gələcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr