Həmas iddiaları tәkzib edib

Həmas, Yəməndəki Husilərə istiqamətli əməliyyatlara iştirak mövzusunda Səudiyyə Ərəbistanı ilә razılaşdıqlarına dair iddiaları tәkzib edib.

382467
Həmas iddiaları tәkzib edib

Fars xəbər agentliyinin iddiasına görә, Həmas heyətinin Səudiyyə Ərəbistanını ziyarəti əsnasında, Meşəldan Husilərə qarşı həyata keçirilən əməliyyata qatılması üçün 700 əsgər tәlәb edilib.
Səudiyyə Ərəbistanına 2012-dən sonra ilk dәfә sәfәr edәn Həmasın Siyasi Büro Başçısı Meşəl, ötәn hәftә özünü müşayiət edən bir heyətlə Riyadda rәsmilәrlә bir araya gәlmişdi.
Digәr tәrәfdәn Qəzzada Həmas üzvlərinin avtomobillәrinә bombalı hücumlar təşkil edilib. 5 maşının hәdәf götürüldüyü hücumda insan tәlәfatı vә ya yaralanan olub olmadığı vә hadisәni kimlәrin törәtdiyi haqqında mәlumat yoxdur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr