İtaliya zibilə görə cəza aldı

Avropa Ədalət Divanı İtaliyaya zibil barədə qaydalara əməl etmədiyinə görə 20 milyon avro pul cəzası kəsib.

381842
İtaliya zibilə görə cəza aldı

  Ali Məhkəmə bu cəzaya əlavə olaraq İtaliyanın tullantı toplama sisteminin Avropa İttifaqı qaydalarına uymadığını da əlavə edərək hər gün üçün 120 min avro belə ödəməyə məhkum edib.

  İtaliya 2010-cu ilin martında da belə cəzalandırılmışdı. Keçən ilin dekabr ayında tullantıların ölkə daxilində toplanması və depolanmasıyla bağlı verdiyi 40 milyon avroluq cəzaya görə məhkəməyə şikayət ərizəsi ilə müraciət etsə də, tələbi rədd edilmişdi.

  İtaliya Ətraf Mühit naziri Qian Luka Qaletti (Gian Luca Galletti) cəzayla bağlı şərhində deyib: “Avropa İttifaqı tullantı planını bir daha diqqətdən keçirməlidir.”


Etiketlәr:

Әlaqәli Xәbәrlәr