Yunanıstan parlamenti islahat təkliflərini qəbul etdi

Yunanıstan parlamenti ölkəni iqtisadi böhrandan çıxarmaq üçün kreditorlara təqdim edilən islahat təklifləri paketini təsdiqlədi.

378675
Yunanıstan parlamenti islahat təkliflərini qəbul etdi

  300 yerlik parlamentdə hökumət və müxalifət partiyalarından 251 millət vəkili lehinə, 32-si lehinə səs veriblər.

  Parlamentdə, həmçinin, daha əvvəl edilən səsvermədə Baş nazir Aleksis Tsiprasa kreditorlarla müzakirəetmə səlahiyyəti verən qanun layihəsi də səs çoxluğu ilə qəbul edilib.

  Verilən güzəştlər referendumdan qabaq və sonra ölkənin təzyiqini yüksəldib. Paytaxt Afinada müxtəlif solçu qruplar hökumətin kreditorlara təqdim etdiyi islahat paketinə etiraz bildiriblər. Səbəb olaraq adaların satışının gündəmə gəlməsi, vergi nisbətlərinin artırılması şərtilə güzəştlər və s. göstərilir.

  Hökumətin yeni islahat təklifləri paketi 2018-ci ildə qədər və mərhələli olaraq 3,5 faizdən xarici krediti ödəmək şərtilə 12 milyard avroluq qənaət tədbirlərini nəzərdə tutur.

  Yunanıstanın avro qrupuna təqdim etdiyi təkliflər bu gün ediləcək Avro qrupu konfransında dəyərləndiriləcək. Müzakirələrdən sonra yazılacaq yekun mətni qanuniləşdirilmək üçün təkrar parlamentə göndəriləcək.

  Avro qrupunun Yunanıstanın təkliflərinə münasibəti sabah Avropa İttifaqı Liderləri Sammitində bildiriləcək.

  Bu arada Avropa İttifaqı Komissiyası maliyyə böhranıyla boğuşan və iflasın eşiyinə qədər gələn Yunanıstana qida və dərman yardımı etmək üçün hazırlıqlara başlayıb. İlk mərhələdə 790 milyon avro məbləğində qida yardımının təcili dövrəyə girməsi gözlənilir.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr