İraqda DEAŞ terror təşkilatının 33 üzvü öldürülüb

ABŞ- ın liderliyindəki beynəlxalq koalisiya qüvvələri İraqın Ənbar və Mosul vilayətlərində hava hücumları təşkil ediblər.

323466
İraqda DEAŞ terror təşkilatının 33 üzvü öldürülüb

Koalisiya təyyarələrinin İraqın Suriya sərhədindəki Əl-Qaim mahalında olan DEAŞ hədəflərinə təşkil etdiyi hücumda 21 terrorçu öldürülüb. Ölənlər arasında DEAŞ-ın komandirləri da var.
Koalisiya təyyarələrinin hücumunda DEAŞ üzvlərinin qərargahı da dağıdılıb.
Mosulun qərbində yerləşən Əl-Kesk bölgəsində həyata keçirilən hava hücumlarında da 12 DEAŞ üzvü öldürüb.
Xatırladaq ki, terror təşkilatı DEAŞ-ın İraqda 2014-cü ilin iyun ayının 10-dan etibarən Musul və digər əraziləri ələ keçirməklə başlatdığı qarşıdurmalar davam edir. İraq ordusu peşmərgə qüvvələri ilə birlikdə DEAŞ-ın əlindəki bölgələri geri almaq üçün əməliyyatları aparır. ABŞ koalisiya qüvvələri də hava hücumları ilə İraq qüvvələrinə dəstək verir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr