Rusiya və Yunanıstandan Avropa İttifaqına

Rusiya və Yunanıstan Türk Axını layihəsində hökumətlərarası razılaşmağa imza atıb.

310211
  Rusiya və Yunanıstandan Avropa İttifaqına

  Müqaviləyə görə, iki ölkə Yunanıstan ərazisindən keçəcək boru xəttinin inşasını birlikdə reallaşdıracaq.

  Rusiya Enerji naziri Aleksandr Novak layihənin Yunanıstan ayağını maliyyələşdirmək istəyən Rusiya şirkətləri və banklarının olduğunu və bu istiqamətdə işlərin getdiyini bildirib.

  Ukrayna ilə böhran yaşayan Rusiya Türk Axını layihəsilə təbii qazını Türkiyə və Yunanıstan üzərindən Avropa İttifaqına daşıyacaq.

  63 milyard kubmetrlik layihənin 47 milyardı Avropaya, qalan 16 milyard kubmetrlik hissə isə Türkiyənin daxili bazarlarında istehlak olunacaq.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr