Seçdiyi nazirlərin işdən çıxarılması ilə prezidentə zərbələr

İran prezidenti Həsən Ruhaniyə qarşı parlamentdə yenə etirazlar başlayıb.

306688
Seçdiyi nazirlərin işdən çıxarılması ilə prezidentə zərbələr

  60 millət vəkili vəzifəsini yerinə yetirə bilmədiyi üçün Təhsil nazirinin işdən uzaqlaşdırılması tələbiylə parlamentə yazılı təklif məktubu təqdim ediblər. Mart ayında müəllimlərin əmək haqlarının artırılması istəyiylə ölkə səviyyəsində etdiyi etiraz nümayişləri buna əsas səbəb gətirilib.

  Təklifə parlamentdə 24 iyunda baxılacaq və səs veriləcək.

  Prezident Ruhaninin öz təyin etdiyi islahatçı naziri müdafiə etmək məcburiyyətində qalması gözlənilir.

  Təklif qəbul edilərsə, bu dəfə prezidentin təyin etdiyi başqa nazirin vəzifədən çıxarılması məsələsinə baxılacaq.

  Qeyd edək ki, keçən il Elm və Texnologiya naziri də bu yolla vəzifəsindən uzaqlaşdırılmışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr