İngiltərə DEAŞ-la mübarizəyə yardım üçün əsgər göndərir

İngiltərə DEAŞ-la mübarizədə İraq təhlükəsizlik güclərinə təlim vermək üçün bu ölkəyə əlavə 125 hərbi personalını göndərəcəyini bildirib.

296435
İngiltərə DEAŞ-la mübarizəyə yardım üçün əsgər göndərir

  İngiltərənin Baş naziri Devid Kemeron (David Cameron) Almaniyada olan G 7 Zirvə Toplantısında İraqdakı hava hücumlarını həyata keçirən ikinci böyük ölkə olduqlarını, suriyalı müxalifətçilərə dəstək verəcəklərini deyərək "İraq ordusunu partlayıcılarla mübarizə mövzusunda maarifləndirmək üçün əlavə 125 hərbi personal göndərəcəyik" söyləyib, zamanını isə deməyib.

  İraqın Baş naziri Abadinin kömək xahişilə Erbil və ətrafındakı yol kənarlarına yerləşdirilən bomba və tələlərinin təsbiti kimi mövzularda İngiltərə hərbçiləri iraqlı əsgərlərə təlim verəcəklər.

  Bu əsgərləri də göndərdikdən sonra İngiltərənin İraqdakı hərbi varlığı 300-ə çatmış olacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr