Misirdə 216 vətəndaş hərbi məhkəməyə verilib

Beni Suveyf Prokurorluğu Qahirənin Nahda meydanında 2013-cü ilin yayında baş verən çevrilişin əleyhinə çıxan 216 vətəndaşı ictimai binalara və təhlükəsizlik (Daxili İşlər Nazirliyi) qüvvələrinə etdiyi hücumlara görə hərbi məhkəməyə sövq edib.

293521
  Misirdə 216 vətəndaş hərbi məhkəməyə verilib

 Bundan başqa, Baş Prokurorluq eyni adlı hadisəylə bağlı 474 vətəndaşın da hərbi məhkəməyə çağırılmasını istəyir.

 Xatırladaq ki, 2013-cü ilin iyun ayında bütün ölkə boyu prezident Məhəmməd Mursini dəstəkləyən nümayişlər keçirildi. Nümayişçilər oğurlanmış prezidenti geri qaytarmağı, konstitusiyanı bərpa etməyi və siyasi məhbusları azad etməyi tələb edirdilər. İyulun 27-si gecə Qahirənin ən-Nasir küçəsində Rabiyatul Ədəviyyə meydanında nümayişçilər və Daxili İşlər Nazirliyi qüvvələri arasında yaranan qarşıdurmalarda təxminən 120 adam öldürüldü, 4500 nəfərə isə xəsarət aldı. Misirin devrilmiş prezidenti Məhəmməd Mursini dəstəkləyən siyasi hərəkat və partiyalar Rabiatul Ədəviyyədə baş verənləri “insanların kütləvi məhvi” adlandırırlar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr