Rәsmi Tehran qondarma "parlament seçkilərini" tanımır

Rәsmi Tehran Dağlıq Qarabağda keçirilən seçkiləri tanımır

269840
Rәsmi Tehran qondarma "parlament seçkilərini" tanımır

İranın Xarici İşlər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mərziyyə Əfğam mətbuat nümayəndələrinә Tehranda verdiyi açıqlamada bildirib ki, “İran İslam Cümhuriyyәti Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tanıyır və hörmətlə yanaşır. Rəsmi Tehran Dağlıq Qarabağda keçirilən qondarma “parlament seçkilərini” tanımır və hesab edir ki, belə addımlar problemin aradan qaldırılması üçün aparılan danışıqlar prosesinә zәrәr verir”. Mәrziyyә Əfğamın sözlәrinә görә, İran regionda sülh, təhlükəsizlik və sabitliyә zәrә verәcәk hәr cür fәaliyyәtin qarşısındadır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr