İran ABŞ gəmisinə atəş açıb

Səudiyyə Ərəbistanının televiziya kanalı Əl-Ərəbiyə (Al Arabiya) gündəmə bu mövzunu gətirib: "İran hərbi qüvvələri Amerikanın yük gəmisinə İran sularından uzaqlaşmasıyla bağlı əvvəl xəbərdarlıq atəşi açıb, sonra gəmiyə çıxıb".

254113
İran ABŞ gəmisinə atəş açıb

  Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin Pentaqon katibi Stiv Varen (Steve Warren) məsələyə münasibət bildirərək “həqiqətən də İran hərbi qüvvəllərinin Hörmüz boğazında Amerika yük gəmisinə xəbərdarlıq atəşi açdığını” təsdiq edib, "hadisə Marşal (Marshall) adaları bayraqlı gəmiylə bağlı baş verib" deyib.

  İran hərbi qüvvəllərinin gəmiyə də çıxdığını bildirən Varen “kimsənin yaralanmadığını, gəmidə Amerika vətəndaşının olmadığını və İran tərəfindən ilk xəbərdarlıq atəşindən sonra gəminin öz təlimatına uyğun yerinə qayıtdığını” nəzərə çatdırıb.

  Varren onu da söyləyib ki, “Gəminin imdad çağırışına bölgədəki Amerika Dəniz Qüvvələri Mərkəzi Komandanlığı cavab verib, hadisə yerinə vəziyyəti izləmək üçün destroyer gəmisi və təyyarə göndərib”.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr