Suriya görüşlərinə İran da dəvət edildi

Birləşmiş Millətlər Təşkilatının (BMT) katibi Əhməd Fevzi bildirib ki, “Suriyanın rejim gücləri və muxalifətçilərilə 4 mayda İsveçrənin Cenevrə şəhərində ayrı-ayrılıqda danışıqlara başlanacaq”.

252075
Suriya görüşlərinə İran da dəvət edildi

  Əhməd Fevzi Suriya görüşlərinə İranın da dəvət edildiyini, 4-6 həftə arası davam edəcək danışıqların elçilər və mütəxəssislər səviyyəsində olacağını və sonda böyük bir yığıncaq təşkil ediləcəyini nəzərə çatdırıb.

  Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan İngiltərə, ABŞ, Rusiya, Çin, Fransa, o cümlədən Türkiyə, İraq, Küveyt və Qətərin Xarici İşlər nazirləri, Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi və BMT-nin baş katibinin də iştirakıyla Cenevrə danışıqları 30 iyun 2012-ci ildə olmuş və Cenevrə II konfransının zəminini hazırlamışdı. Açıqlanan “Cenevrə I Bəyannaməsi”ndə Suriyada tam səlahiyyətli keçid hökuməti qurulması hədəfə alınmış, ölkədə artan ölümlərin, şiddət hadisələri və insan hüquqları pozuntularının ən qısa müddətdə sona çatdırılması xəbərdarlığı edilmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr