İraq, DEAŞ-ә qarşı mübarizә mövzusunda ortaq mәxrәcә gәlib

DEAŞ-ә qarşı bir çox şәhәrdә edilәn mübarizәdә birgә addım atılması mövzusunda razılıq әldә edilib.

227365
İraq, DEAŞ-ә qarşı mübarizә mövzusunda ortaq mәxrәcә gәlib

İraqda prezident, baş nazirlik və parlament, terror təşkilatı DAİŞ-ә qarşı bir çox şәhәrdә edilәn mübarizәdә birgә addım atılması mövzusunda razılaşıb.
Məclis Başçısı Cebburi də, Tikritdәki qarәt və oğurluq hadisələrindən mәnfi tәsirlәnmәmәsi vә İraq şəhərlərinin DAİŞ-in nәzarәtindәn xilas edilmәsi üçün əməliyyatların davam etdirilmәsini istәyib.
İraqdakı sünni tayfalar, Tikritdәki hadisələrdәn sonra "El-Haşduş Şabi" adı ilә bilinәn Şiə milislәrin Enbar şәhәrinin xilas edilmәsinә dair hәyata keçirilәn əməliyyatda iştirak etmәlәrindәn etiraz ediblәr.
Qeyd edәk ki, uzun müddәtdir DEAŞ-ın nәzarәtindә olan Tikrit şәhәrini xilas etmәk üçün, Şiə milislərin də dəstək verdiyi İraq qüvvәlәri, 2 Martda başlatdığı әmәliyyatı DAİŞ-in intihar hücumları, yol və yaşayış mərkəzlərinə çox sayda partlayıcı yerləşdirməsi səbəbiylə dayandırdı. ABŞ-nın, Şiə milislərin çəkilməsi şərtiylə hava dәstәyi verəcəyini açıqlamasından sonra isә, 25 Martda yenidәn әmәliyyat başladıldı.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr