"İrana istiqamətli sanksiyalar artırılmalı"

İsrail, İran ilә 5+1 arasında әldә edilәn razılığ etirazını bildirib.

227083
"İrana istiqamətli sanksiyalar artırılmalı"

İsrail, İran ilә 5+1 arasında әldә edilәn razılığ etirazını bildirib.
İsrail Baş naziri Binyamin Netanyahu, “İrana istiqamətli sanksiyalar lәğv edilmәmәlidir, әksinә artırılmalıdır” deyib.
Tehran rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, İngiltərə və Fransa ilə Almaniya arasında әldә edilәn razılığı, İranın nüvə təsislərini tamamilə ortadan qaldırmadığı üçün müsbәt qarşılamadıqlarını ifadә edәn İsrail baş naziri Netanyahu, Amerikanın ABC televiziya kanalına verdiyi müsahibәdә, İranın, Qərb ilə müzakirə masasına oturmağa mәcbur edәn әsas ünsürün, Tehrana tətbiq olunan sanksiyalar olduğunu ifadә edәrәk, “Bu sanksiyaların qaldırılması deyil artırılması lazımdır ki, bu gün gəldiyimiz nöqtədən daha irәliyә getmәmiz mümkün olsun" deyə vurğulayıb.
Netanyahu, İsrailin təhlükəsizliyi üçün tәhlükә tәşkil edәn razılaşmasının, Sünni əhalinin sıx yaşadığı ölkələrdә silahlanma yarışının başlamasına gәtirib çıxaracağını da sözlәrinә әlavә edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr