İranla nüvə müzakirələri, nəhayət ki, anlaşma ilə bitdi

İran və altılıq ölkələri (P5 +1) Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda, nəhayət ki, əsas məsələlər üzrə razılığa gəliblər.

223514
İranla nüvə müzakirələri, nəhayət ki, anlaşma ilə bitdi

  İran “sanksiyalar qaldırılarsa, qarşılığında nüvə proqramının məhdudlaşdıracaqlarını” bildirib.

  İran prezidenti Həsən Ruhani razılaşmanın yazı işlərinin dərhal başlayacağını və son gün olaraq 30 iyun tarixinə qədər bitəcəyini deyib.

  ABŞ Dövlət katibi Con (John) Kerry “artıq tərəflərin ana problemləri həll etmək üçün təməl adımlar atdıqlarını və yaxınlarda müqavilənin hazırlanma işlərinə başlanılacağını” söyləyib.

  Avropa İttifaqının Ali Nümayəndəsi Federica Mogherini isə deyib: “Yeni reaktorun dizaynı dəyişdiriləcək və bu reaktorda nüvə silahına lazım olan qədər uran istehsal ediləcək, artıq deyil”.

  Yəni Fordo mədəni açıq qalacaq, uran araşdırma və inkişaf məqsədiylə istifadə olunacaq, nüvə silahı üçün istifadə edilməyəcək.

  İranın öhdəliklərini yerinə yetirdiyi Beynəlxalq Atom Enerji Agentliyi tərəfindən təsdiqlənərsə, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları tətbiq etdiyi sanksiyaları aradan qaldırılacaq.

  İranın nüvə proqramıyla bağlı şifahi anlaşmaya ilk reaksiya ABŞ prezidenti Barak Obamadan gəlib. O, imzalanacaq müqaviləni ''tarixi hadisə" deyərək qiymətləndirib. Anlaşmanın Amerika Birləşmiş Ştatlarının ana hədəflərinə cavab verdiyini bildirən Obama “Şifahi razılaşma yazılı müqaviləyə çevrildikdən sonra ABŞ və müttəfiqləri dünyanı təhlükəsiz vəziyyətə gətirəcəklər” deyib.

  Obamaya görə, “İranın nüvə silahı istehsalı yolunu bağlayacaq hər hansı bir anlaşma problemi çözmək üçün ən yaxşı seçimdir”.

  Sonra Barak Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonda danışıb, ona “razılaşmanın İranın nüvə silahı istehsalına maneə törədəcək daimi bir müqavilə olacağını” deyib və prosesi “əhəmiyyətli bir irəliləmə” adlandırıb. Netanyahu isə bu vəziyyəti İsrailin varlığına təhdid kimi qiymətləndirib.



Etiketlәr:

Әlaqәli Xәbәrlәr