"Taliban"ın sığınacaqları bombalanıb
Pakistanda "Taliban"a qarşı əməliyyatlar davam edir.
212255
Pakistanda "Taliban"a qarşı əməliyyatlar davam edir.
Pakistan hava qüvvələri "Taliban"a məxsus sığınacaqları məhv edib.
Pakistan ordusunun məlumatına əsasən, hava qüvvələri Əfqanıstan sərhədindəki Cənubi Vəziristanın Sanzila bölgəsində və Tirah vadisində "Taliban"a məxsus sığınacaqları bombalayıb.
Hava hücumlarında "Taliban"a məxsus 7 sığınacaq məhv edilib, 25 silahlı öldürülüb.
Pakistan silahlı qüvvələrinin keçən il iyun ayında Şimali Vəziristanda başlatdığı əməliyyat nəticəsində 2 mindən çox silahlı öldürülüb, 200-ə yaxın əsgər həyatını itirib.
Әlaqәli Xәbәrlәr

Dmitri Peskov: "Rusiya taxılının daşınmasının qarşısında çoxlu maneələr var"
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlama verib.