Ötən gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilib

Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ötən gün saat 19.00-da başa çatıb.

157936
Ötən gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilib

Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ötən gün saat 19.00-da başa çatıb. Seçki dairələrindən Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan məlumatlara əsasən, 4 milyon 819 min 382 seçicidən, 1 milyon 876 min 14 nəfəri səsvermədə iştirak edib.
Prezident İlham Əliyev, Bakıdakı altı saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, seçkilər 118 seçki dairəsi üzrə 5015 seçki məntəqəsində keçirilib. Seçici siyahılarına 4 milyon 819 min 382 seçicinin adı daxil edilib.
İlkin nəticələrə görə, builki bələdiyyə seçkilərində seçici fəallığı 38,93 faiz təşkil edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr