Əliyev vəfatının 11-ci ildönümündə müxtəlif tədbirlərla anılır

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Bakıda anım mərasimləri keçirilir.

146196
Əliyev vəfatının 11-ci ildönümündə müxtəlif tədbirlərla anılır

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar Bakıda anım mərasimləri keçirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri xiyabana gedərək, Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklillər qoyublar.
Milli Məclisin deputatları, nazirlər, komitə, şirkət və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabanda olublar.
Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər də iştirak ediblər.
Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, səfirlik əməkdaşları, Bakıda səfərdə olan TRT-nin rəhbəri Şenol Göka da Heydər Əliyevin abidə məzarını ziyarət ediblər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr