"Müqavimətə və mübarizəmizə davam edəcəyik"

Mahmud Abbas : "Müqavimətə və mübarizəmizə davam edəcəyik"

144858
"Müqavimətə və mübarizəmizə davam edəcəyik"

Fələstin Dövlət Başçısı Mahmud Abbas, İsrail işğalının sona çatması üçün yaşayış mәskәnlәrinin tikilmәsinә qarşı mübarizәlәrinin davam edәcәyini bildirib.
Mahmud Abbas, Nazir Əbu Aynın İsrail әsgәrlәri tәrәfindәn öldürülmәsindәn sonra Ramallahda, Fələstin İdarə Mərkəzində tәşkil etdiyi fövqəladə toplantıda

Əbu Ayn-ın ölümünün, "gözdәn yayındırıla bilmәyәcәk bir cinayət" olduğunu vurğulayıb. İsrailin cinayətlə əlaqədar istintaq başlatdığını ancaq bu mövzuda müxtəlif ssenarilər ortaya qoyulacağını qeyd edib.
İsrail, Nazirin kimlәr tәrәfindәn öldürüldüyünün mәchul qalması üçün 'Əbu Ayn infarkt nəticəsində öldü və ya biz və əsgərlərimiz, Əbu Ayn-ı Turmusayyәdә görmədik" deyәcәk. Lakin mən deyirəm ki Ziyad Əbu Ayn ölümündәn İsrail mәsuldur " deyә vurğulayıb.
Qeydedәk ki, Əbu Ayn, Ramallahın şimalında yerlәşәn Turmusayyә qәsәbәsindә İsrail qüvvәlәrinin Yəhudi yaşayış mәskәnlәrin tikilmәsindәn etiraz edən qrupa müdaxiləsi əsnasında həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr