Pakistanda əməliyyat: 20ölü var

Pakistanın Əfqanıstan sərhədi bölgəsində fəaliyyət göstərən tayfalara mәnsub silahlı qruplaşmalar qanlı hücumlar törәdirlәr.

205674
Pakistanda əməliyyat: 20ölü var

Pakistan Hava Qüvvələrinin ölkənin şimal-qərbində Əfqanıstan sərhədi yaxınlığında təşkil etdiyi aviazәrbә nәticәsindә 20 silahlı ölüb.
Pakistan Ordusuna istinadәn mәlumatda silahlılar Şimali Vəziristan əyalətindəki əməliyyatda öldürülüb. İyun ayından bəri başladılan əməliyyatlarda hәyatını itirәn silahlıların sayı 1100-ә çatıb.
Pakistanın Əfqanıstan sərhədi bölgəsində fəaliyyət göstərən tayfalara mәnsub silahlı qruplaşmalar sərhədin hər iki tərəfində uzun illərdir qanlı hücumlar törәdirlәr.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr