Çin və İran arasında güclü hәrbi әmәkdaşlıq

Çin Müdafiə naziri Çang Vançüen, İran Dəniz Qüvələri Komandiri Habibullah Sәyyar ilə bir araya gəlib.

168194
Çin və İran arasında güclü hәrbi әmәkdaşlıq

Çin Müdafiə naziri Çang Vançüen, İran Dəniz Qüvələri Komandiri Habibullah Sәyyar ilə bir araya gəlib.
Şinhua agentliyinin xəbərinə görə, Çin Müdafiə naziri Çang, son illərdə qarşılıqlı ziyarətlər çәrçivәsindә iki ölkənin hərbi qüvvələrində personalın tәlimi və digər sahələrdə güclü әmәkdaşlıq olduğunu qeyd edib.
İki ölkə dәniz qüvvәlәri komandirlәrinin qarşılıqlı ziyarətlərin öz töhvәsini verdiyini ifadә edәn Çang, bu ziyarətlərin iki ölkənin donanması üçün məhsuldar olduğunu, Çinin İran ilə hərbi əlaqələrini daha da möhkәmlәşdirmәk və əməkdaşlıq etmәk istәdiyini vurğulayıb.
Səyyar da Çin donanmasını mәdh edәrәk, İranın Çin ilə əlaqələri yüksәk qiymәtlәndirdiyini və iki ölkənin silahlı qüvvələri arasındakı qarşılıqlı əlaqəlәri inkişaf etdirməkdә hazır olduqlarını qeyd edib.
Xatırladaq ki, İran döyüş gəmiləri, keçən ay Bәndәr Abbas Limanında lövbәr salan iki Çin döyüş gəmisiylә birgә hәrbi tәlim keçirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr