Suriyaya tәtbiq olunan sanksiyalar artırılır

Avropa Birliyi Suriyaya tətbiq etdiyi sanksiyaları genişləndirmək barədə qərar qәbul edib.

165287
Suriyaya tәtbiq olunan sanksiyalar  artırılır

Avropa Birliyi Suriyaya tətbiq etdiyi sanksiyaları genişləndirmək barədə qərar verib.
Bu gündən qüvvəyə minəcəyi gözlənilən qərara uyğun olaraq Suriyaya reaktiv yanacağın satışı qadağan edilir. Həmçinin Bəşər Əsəd rejiminə verdikləri dəstəyə görə 16 nəfər və 2 təşkilatın pul və əmlakının dondurulması, bu şəxslərə səyahət qadağasının tətbiq edilməsinə qərar verilib. Bununla da siyahıya alınan şəxslərin sayı 211-ə, təşkilatların sayı isə 63-ə yüksəlib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr