İŞİD-in Hәlәb vә Raqqadakı qrupları da kobanidә

Kürd qruplar İŞİD yaraqlılarının hücumlarını dayandırmağa çalışırlar.

155179
İŞİD-in Hәlәb  vә Raqqadakı  qrupları da kobanidә

Suriyanın Kobani şəhərində kürd qruplar İŞİD yaraqlılarının hücumlarını dayandırmağa çalışırlar. Bölgədəki kürd qaynaqlar İŞİD-in Hələb və Raqqadakı qrupları Kobaniyә istiqamәtlәndirdiyi barədə məlumat veriblər. İŞİD döyüşçüləri ağır silahlarla Kobaninin təpələrindən şəhər mərkəzini bombalayırlar. Şəhərdə küçə qarşıdurmaları şiddətlə davam edir. Amerikan ordusu da koalisiya qüvvələrinin dünən Kobani də daxil olmaqla Suriyada İŞİD-ə qarşı 4 hava hücumu təşkil etdiyini açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr