ABŞ: "Kobani şәhәrinә nәzarәt İŞİD-in әlinә keçә bilәr"

ABŞ liderliyində yaradılan koalisiya qüvvələri İŞİD-ә istiqamətli hücumlar hiyata keçirmәkdә davam edirlәr.

151333
ABŞ: "Kobani şәhәrinә nәzarәt İŞİD-in әlinә  keçә bilәr"

ABŞ liderliyində yaradılan koalisiya qüvvələri İŞİD-ә istiqamətli hücumlar hiyata keçirmәkdә davam edirlәr.
Koalisiya qüvvәlәrinin, Mosuldakı əməliyyatında İŞİD-ә mәxsus 7 hәdәf bombalanıb.
Şəhərin müxtəlif bölgələrinə təşkil edilən aviazәrbәlәrdә İŞİD-in nəzarət mərkəzlərindən biri və təşkilata mәxsus hərbi düşərgə ilə bəzi hərbi nöqtələr dağıdılıb.
Koalisiya qüvvәlәri, qarşıdurmaların artaraq davam etdiyi Kobani şәhәrindә dә İŞİD-ә istiqamətli yeni hücumlar reallaşdırıb.
Amerikalı rәsmilәrә görә , bir müddətdir Kürd qruplaşmalar ilә İŞİD arasında qarşıdurmalara sәhnә olan Kobani şәhәrinә nәzarәt qıssa müddәtdә İŞİD-in әlinә keçәcәk. ABŞ müdafiә nazirliyi, Kobaninin xilas edilmәsi üçün yalnız aviazәrbәnin qәnaәtbәxş olmayacağını açıqlayıb.
Digər tərəfdən, İsveçrə, İŞİD-in bütün fəaliyyətlərini qadağan edib. İsveçrə Müdafiə Nazirliyinin rəsmi internet saytında yerlәşdirilәn açıqlamada İsveçrədə, təşkilatla əlaqəsi olan qruplaşmaların fəaliyyətlərinin dayandırıldığı bildirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr