Suriyaya yardım fǝaliyyǝtlǝri davam edir

İndiyǝdǝk Bursa şǝhǝrindǝn Suriyaya 132 yük maşını yardım çatdırılıb.

122169
Suriyaya yardım fǝaliyyǝtlǝri davam edir

İnsan Haq vǝ Azadlıqları Humanitar Yardım Vǝqfinin Bursa nümayǝndǝliyi, Suriyaya 4 yük maşını ilǝ yardım göndǝrib.
Nümayǝndǝliyin sǝdr müavini Halil Asa mövzu haqqında verdiyi açıqlamada bildirib ki, 42 aydan bǝridir suriyalı qardaşlarımız çǝtin şǝraitdǝ yaşayır vǝ çox zǝrǝr görüblǝr. Nümayǝndǝlik olaraq bu qardaşlarımızın yanında olduğumuzu göstǝrmǝk vǝ kǝdǝrlǝrini paylaşmaq mǝqsǝdiylǝ onlara davamlı yardım edirik.
“Ümumilikdǝ ǝrzaq göndǝririk. İndi göndǝrdiyimiz yardımlarımız isǝ un vǝ geyimdǝn ibarǝtdir” deyǝ sǝdr müavini vurğulayıb.
Qeyd edǝk ki, indiyǝdǝk Bursa şǝhǝrindǝn Suriyaya 132 yük maşını yardım çatdırılıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr