Sudanda Xocalı qətliamı soyqırım kimi tanınıb

Sudan parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırımı aktı kimi tanıyıb.

118332
Sudanda Xocalı qətliamı soyqırım kimi tanınıb

Sudan parlamenti 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində baş vermiş qanlı hadisələri soyqırımı aktı kimi tanıyıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun verdiyi açıqlamaya əsasən, Sudan parlamenti BMT-nin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin müddəaları ilə razı olduğunu bildirib, Ermənistanın Azərbaycana hərbi təcavüzünü qəti şəkildə pisləyib. Xocalıda yaşananları "insanlıq günahı" kimi dəyərləndirib və soyqırım kimi tanıyıb.

Xatırladaq ki, Xocalı qətliamında müdafiəsiz 106-sı qadın, 83-ü uşaq olmaqla cəmi 613 Azərbaycan vətəndaşı həyatını itirdi, 487 insan ağır yaralı olaraq xilas edildikdə erməni qüvvələri min 275 nəfəri girov götürdü, bunların 150-dən xəbər alına bilmədi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr