Pakistan və Kəşmir bölgәsindә sel fəlakəti

Pakistanda baş verәn sel fәlakәtindә həyatını itirənlərin sayı 335-ә çatıb.

117088
Pakistan və Kəşmir bölgәsindә sel fəlakəti

Pakistan və Kəşmirdə güclü yağışların 5 gün davam etmәsi nәticәsindә baş verәn sel fәlakәtindә həyatını itirənlərin sayı 335-ә çatıb.
Günlərlə fasiləsiz yağışların yağması çayların daşmasına vә ölkә әrazilәrinin böyük hissәsinin su altında qalmasına sәbәb olub.
Sel və torpaq sürüşmәsi səbəbindən çox sayda insan hәyatını itirәrkәn minlərlə adam evsiz qalıb. Yardım vә xilas etmә işlәrinә әsgәlrlәrin dә iştirak etdiyi Pakistanda 4 il əvvəl dә 2 mindәn çox insanın hәyatını itirmәsinә sәbәb olan sel fәlakәtindәn 20 milyondan çox insan təsirlənmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr