Qəzzada 5 günlük müvəqqəti atəşkəs bu gecə bitir

Qəzzada 5 günlük müvəqqəti atəşkəsin müddəti bu gecə bitir.

94936
Qəzzada 5 günlük müvəqqəti atəşkəs bu gecə bitir

Qəzzada 5 günlük müvəqqəti atəşkəsin müddəti bu gecə bitir.
Hal hazırda diqqətlәr Misirin paytaxtı Qahirədə aparılan İsrail ilə Fələstin arasındakı bilvasitə danışıqlara yönəlib.
Diplomatik səylərindavam etdiyi Qahirədə, atəşkəs və Qəzza üçün plan hazırlanır.Fələstin tərəfi, Qəzza blokadasının şərtsiz qaldırılmasını istəyir.
İsrail isə, mühasirəni özünün təhlükəsizliyindən əmin olduqdan sonra yüngülləşdirəcəyini söyləyir. İsrail Baş naziri Binyamin Netanyahu, həftəlik kabinet yığıncağında Qəzzanın gələcəyinə bağlı hər hansı bir razılaşmanın İsrailin təhlükəsizlik ehtiyacını qarşılaması lazım olduğunu bir daha vurğulayıb.
Xatırladaq ki, İsrailin hücumlarını başlatdığı iyul ayının 7-dən bu zamana qədər iki min nəfərə yaxın fələstinli həyatını itirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr